26 sentyabr 2010 12:37
Neftçi`nin iki azərkeşi Lənkəranda xəsarət aldı
Azerisport.az xəbər verdiyi kimi, Azərbaycan çempionatının 7-ci turu çərçivəsində keçirilmiş "Xəzər-Lənkəran" – "Neftçi" oyununda tribunalarda komandaların azərkeşləri arasında dava baş tutdu. Bakı təmsilçisinin iki azərkeşi xəsarət aldı. Biri başından yaralandı, digəri isə dava zamanı halını itirdi.
