27 sentyabr 2010 21:55
Şükürov cəmi yarım saat oynadı, Anjı məğlub oldu (YENİLƏNDİ)
Bu gün Rusiya Premyer-liqasının 22-ci turun son görüşü baş tutdu. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Mahir Şükürovun çıxış etdiyi "Anjı" klubu səfərdə "Krılya Sovetov" komandası ilə qarşılaşdı. Qeyd edək ki, Mahir əsas heyətdə yer almışdı.
Artıq 3-cü dəqiqədə "Krılya Sovetov" komandası hesabı açır - 1:0. 15-ci dəqiqədə hakim mübahisəli vəziyyətdə "Anjı"-nın kapitanı Rasim Taqirbekova qırmızı vərəqə göstərir. 29-cu dəqiqədə İvanov hesabı 2:0 edir. 31-ci dəqiqədə Mahir Şükürov əvəzlənd. 42-ci dəqiqədə Savin hesabı 3:0 edir. Oyun elə bu hesabla da başa çatdı.
