27 sentyabr 2010 14:49
Didye Droqba: Chelsea`ni tərk edə bilərəm
İngiltərənin "Chelsea" klubunun hücumçusu Didye Droqba karyerasını başqa bir klubda bitirəcəyini istisna etmədi. Azerisport.az xəbər verir ki, qabqları futbolçu "əsilzadələri" tərk etmək niyyətində olmadığını bildirdi.
"Chelsea" ilə yeni müqavilə imzalayanda deyirdim ki, karyeramı məhz bu klubda bitirmək istəyirəm. Lakin indi anlayıram ki, hər şey baş verə bilər. Heç bir futbolçu əvvəlcədən deyə bilməzki, karyerası necə olacaq. Hələ "Marcielle"-də çıxış etdiyim zaman hesab edirdim ki, həmişə Fransada qalacam. Amma hər şey dəyişdi. Buna görə də, kim bilir gələcəkdə mən hansı klubda çıxış edəcəm", - Droqba dedi.
Mənbə: Sky Sports
