27 sentyabr 2010 15:37
Inter`in futbolçuları Eto`Odan narazadır
İtaliyanın "Inter" klubunun bəzi oyunçuları hücumçu Samuel Eto`Onun fərdi oyunundan narazılığını bildirdi. Azerisport.az xəbər verir ki, Uesli Sneyder və Qoran Pandev narazı idilər ki, kamerunlu oyunçu "Roma" ilə görüşdə komanda yoldaşlarını saymırdı. 0:1 hesablı məğlubiyyətdən sonra müdafiəçi Maykonda öz narazılığını bildirdi: "Hücum xəttində həddindən artıq eqoizm var idi".
Mənbə: Gazzetta dello Sport
