27 sentyabr 2010 16:16
Branimir Subaşıç: Bu görüşdən sonra hər şey yaxşı olacaq
Azərbaycanın "Qəbələ" klubunun hücumçusu Branimir Subaşıç ölkə çempionatının 7-ci turunda "Qarabağ"-la oyundan sonra (2:1) azerisport.az saytına öz fikirilərini bildirdi. "Qarabağ" üzərində qələbə çətin əldə olundu. Bu komanda ölkənin ən güclü klublarından biridir. Hesab edirəm ki, bu görüşdən sonra hər şey yaxşı olacaq. Komandamız yeniləşib, hələ ki oyunçular tam olaraq bir-birinə alışmayıb. Amma şadam ki, bu oyunda fərqlənə bildim", - Subaşıç dedi.
