27 sentyabr 2010 12:02
Yığmamız heç-heçə etdi
Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət yığması Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Neftçi" klubunun nəzdindəki U-19 komandası ilə yoldaşlıq oyunu keçirib. Azerisport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma 3:3 hesabı ilə başa çatıb. Yığmamızın heyətində Ruslan Nəsirli və Şirməhəmməd Məmmədov fərqlənib. U-16-nın hesabına digər qol isə "Neftçi"-nin avtoqolu sayəsində yazılıb.
