27 sentyabr 2010 00:12

Gəncədən hədiyyə, MOİK-dən antifutbol dərsi – 7-ci turun icmalı

Bu gün Azərbaycan çempionatının 7-ci turun daha iki qarşılaşması baş tutdu. Azerisport.az xəbər verir ki, əslində bu gün turun üç oyunu keçirilməl idi. Lakin paytaxtda güclü yağış yağdığına görə "Bakı" – "Turan" oyunu təxirə salındı. Bu gün isə AZAL – MOİK və "Gəncə" – "İnter" oyunları keçirildi.

Gəncədə keçirilən oyundan başlayaq. Əlbətdə hər kəs üçün aydın idi ki, "İnter" oyunda favorit sayılır. Lakin "sayılmaq" və "olmaq" sözləri fərqlidir. Oyun başlayan kimi, gəncəlilər təşəbbüsü əlinə keçirdi və onu buraxmaq niyyəti heç yox idi. Artıq görüşün əvvəlində top "bankirlərin" qapısına daxil oldu. Amma hakim oyundan kənar vəziyyətinə işarə edir. Buna baxmayaraq "Gəncə" növbəti təhlükəli hücumu qolla nəticələnir. Xəyal Mustafayevin ötürməsindən sonra Samir Zərgərov başla vurduğu zərbəsi ilə "İnter"-i şoka salır – 1:0. Və bundan sonra hesab etmək olardır ki, oyun canlanacaq. Ancaq bu baş tutmadı. Paytaxt təmsilçisi nəinki zərbə, rəqibin cərimə meydançasına yaxınlaşmaqda da çətinlik çəkirdi. Oyun əsasən meydanın mərkəzində keçirdi. İkinci hissədə oyun canlanmalı idi və bu da baş verdi. "İnter" nəhayət ki ayıldı və daha aktiv oynamağa başladı. Lakin nəticəsiz. Bu oyunda "Gəncə" müdafiədə demək olar ki ideal oyanyırdı. Oyunun sonuna yaxın hər iki komanda görüşdə daha bir qol vurmaq istəyirdi. Amma etiraf etmək lazımdır ki, qola "Gəncə" "İnter"-də daha yaxın idi. Lakin komandaların bütün səylərinə baxmayaraq, hesab dəyişmədi. 1:0 və "Gəncə" nəhayət ki qələbə qazana bilir. Beş heç-heçə və bir məğlubiyyətdən sonra gəncəlilər çempionatın favoriti sayılan və ötənilki çempion "İnter" məğlub edə bilir. Paytaxt təmsilçisinin göstərdiyi futbola gəldikdə isə, komandada oyun alınmırdı. Xüsusən də ilk 45 dəqiqədə. Maraqlıdır, görəsən bu dəfə səbəb nə idi...
 
Bakıdaki leysana baxmayaraq, bu AZAL – MOİK görüşünə "Şəfa" stadionundaki süni ot örtüyündə keçirilməsinə maneçilik törətmədi. Görüşün birinci dəqiqəsindən sonuncu dəqiqəyə kimi meydançada bir komanda var idi – AZAL. "Hərbiçilər" nəyə görə oyuna çıxmışdır sirr olaraq qalır. "Təyyarəçilər" artıq ilk yarım saat ərzində iki dəfə fərqlən bilərdi, lakin Vüsal Qarayevin və Qvidas Yuşkanın zərbələri tora daxil olmadı. Lakin 41-ci dəqiqədə Qarayev, 90-cı dəqəqədə isə Yuşka öz istəylərininə çatırlar. Bu qarşılaşmanı nəzərə alaraq, AZAL-ın oyunu barəsində nəsə demək çətindir. Çünki faktiki olaraq rəqib yox idi. Bu gün MOİK futbolu necə oynamamaq lazım olduğunu əyani surətdə nümayiş etdirdi. Yeri gəlmişkən, bu qələbə və "İnter"-in məğlubiyyəti AZAL-ı üçüncü pilləyə yüksəltdi. Hazırda "təyyarəçilər" ikinci gedən "Neftçi"-dən iki xal ayırır.
 
"Bakı" – "Turan" qarşılaşması isə artıq xəbər verdiyimiz kimi təxirə salınıb. Həmin oyun sabah saat 18:00-da baş tutacaq.
 
Turnir cədvəli:
 
Komanda
O
Q
H
M
TF
X
1
XL
7
5
2
0
8-0
17
2
Neftçi
7
5
1
1
14-2
16
3
AZAL
7
4
2
1
8-5
14
4
İnter
7
4
1
2
6-3
13
5
Muğan
7
2
3
2
6-6
9
6
Qarabağ
6
2
2
2
6-4
8
7
Gəncə
7
1
5
1
6-8
8
8
Qəbələ
7
2
1
4
4-7
7
9
Bakı
5
1
2
2
6-7
5
10
MOIK
6
1
1
5
3-12
4
11
Turan
6
0
3
3
4-9
3
12
Simurq
7
0
3
4
5-13
3
 
Bombardirlər:
9– Nəsimov ("Neftçi")
5– Yuşka (AZAL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.