27 sentyabr 2010 12:50
ManUnited daha bir yarımmüdafiəçini itirir
İngiltərənin "Manchester United" klubunun yarımmüdafiəçisi Rayan Qiqqz ayağından aldığı zədəyə görə Çempionlar Liqasının 2-ci turu çərçivəsində "Valencia" ilə oyunda iştirak etməyəcək. Azerisport.az xəbər verir ki, Uels futbolunun canlı əfsanəsi dünən "Bolton"-la keçirilən oyunun 53-cü dəqiqəsində zədələnərək, meydanı tərk etdi.
"Bu zədə Qiqqzı iki həftəyə futboldan kənarlaşdırdı", - "qırmızı şeytanların" baş məşqçisi ser Aleks Ferqüson bildirdi.
Xatırladaq ki, "Bolton"-la oyun 2:2 hesabı ilə başa çatdı.
Mənbə: UEFA
