28 sentyabr 2010 13:16
Alim Qurbanov XL-ın tarixinə düşdü
Azərbaycan Premyer-liqasının 7-ci turunun "Neftçi" ilə oyunu "Xəzər-Lənkəran"-ın futbolçusu Alim Qurbanov üçün əlamətdar olub. Azerisport.az lənkəranlıların rəsmi saytına istinadən xəbər verir ki, komandanın yarandığı gündən "ağ-yaşıl" formaya bağlanan yarımmüdafiəçi "Xəzər Lənkəran"-ın heyətində 150-ci oyununu keçirib. Altı ildir sadiq olduğu komanda ilə Azərbaycan çempionu (2006/07), çempionatın gümüş mükafatı (2004/05), Azərbaycan kuboku (2006/07 və 2007/08) və Birlik Kubokunu qazanan Alim bu həddə çatan ikinci futbolçu olub. XL tarixində 150 oyun göstəricisini arxada qoyan ilk oyunçu hal hazırda "Neftçi"-də çıxış edən Rəşad Abdullayaev 2004-2009-cu illərdə lənkəlanlıların formasını geymişdi.
