28 sentyabr 2010 14:29
Milan Ajax`la oyuna pleymerkersiz qaldı
İtaliyanın "Milan" klubunun baş məşqçisi Massimiliano Alleqri Çempionlar Liqasının 2-ci turu çərçivəsində "Ajax"-la oyunda Ronaldinyonun xidmətlərindən istifadə etməyəcək. Azerisport.az xəbər verir ki, italiyalı mütəxəssis hesab edir ki, braziliyalı oyunçu bu mövsümdə həddən artıq çox oyun keçirib.
"Son oyun sxemini görüşdən öncə seçəcəm. Heyəti tam dəyişəcəyəm.Ronaldinyoya gəldikdə isə, bu mövsümdə o bütün oyunlarda iştirak edib. Ona istirahət lazımdır", - Alleqri dedi.
Mənbə: Football Italia
