28 sentyabr 2010 16:03
Maradona bir milyonluq yarışda iştirak edəcək
Sentyabrın 29-da Sankt-Peterburq şəhərində dünya futbolunun canlı əfsanəsi, Arqentina yığmasının keçmiş kapitanı və sonradan baş məşqçisi Diyeqo Maradona maraqlı bir yarışda iştirak edəcək. Azerisport.az xəbər verir ki, yarışın mükafatı 1 milyon dollardır.
Yarışda Maradona 16 metrlik məsafədən 10 ayrı-ayrı hədəfləri topla vurmalıdır. Hər bir hədəfin arxasında 25 mindən 300 min dollara kimi məbləğ gizləniləcək. Və əgər o bütün hədəfləri vura bilsə, o zaman ümumi məbləğ 1 milyon dollar olacaq. Bu pul isə sonradan xeyriyyəçilik məqsədləri ilə xərclənəcək.
Mənbə: championat.ru
