28 sentyabr 2010 17:04
Foqts jurnalislərə cavab verməyəcək
Azərbaycan Premyer-liqasının 7-ci turu çərçivəsində keçiriləcək oyunlar nəzərə alınaraq, Azərbaycan milli komandasının təlim-məşq toplanışı sabah səhər məşqindən sonra başa çatacaq. Azerisport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bununla əlaqədar, millinin sentyabrın 29-da keçirilməsi nəzərdə tutulan mətbuat üçün açıq məşqi və baş məşqçi Berti Foqts ilə futbolçuların mətbuat konfransı keçirilməyəcək.
