28 sentyabr 2010 17:55

QUTİ: Futbol şəxsi həyatdan məhrum edir

Azerisport.az sizə Türkiyənin "Beşiktaş" klubunun ispaniyalı futbolçusu Qutinin müsahibəsini təqdim edir.

Nəyə görə siz "Beşiktaş"-ı seçdiniz?
İlk növbədə mən "Real"-ı tərk etmək istəyirdim ki, yeni həyat, mədəniyyətlə tanış olum. Madridi tərk etmək qərarı mən özüm almışam. Karyeram və həyatımda yeni bir mərhələyə başlamaq istəyirdim. İngiltərə, İtaliyaya yollana bilərdim. Lakin Türkiyə çox cəlb edici variant idi.
 
Və siz öz yüni həyatınızı tapdınız?
Buradaki həyat daha sakit, dincdir. Türkiyəli azərkeşlər çox tələbkardır, buna görə də təzyiq hiss olunur. Amaa "Real"-da mən daim milyonların qarşısında diqqət mərkəzində idim. Burada isə belə deyil.
 
Bəs buna "Real"-da necə dözürdünüz?
İlk vaxtlar pis. On beş il mən "tufan" içindəydim. Amma sonradan buna alışırsan. Bəzi şeylar var ki, onları ilk dəfə çətinliklə qəbul edirsən, lakin sonradan bunlar gündəlik həyatın hissəsi olur. Müxtəlif dövlər var idi. Hansısa yaxşı, digəri isə pis idi.
 
Keçmişə nəzər yetirəndə necə hesab edirsiniz, sizi layiqincə qiymətləndirirdilər?
Məni çox qiymələndirirdilər. Nə klub, nə də ki azərkeşlər məni qarşı ədalətsiz olmayıb. "Real" məktəbinin yetirməsi olmaq böyük uğurdur. Bu klub haqqında heç vaxt pis söz deməyəcəm. "Real" mənə hər şey verib. Azərkeşlərə də minnətdarlığımı bildirirəm. Düşünürəm ki, "Kral klubunda" göstərdiyim oyuna görə Raul kimi fəxr edə bilərəm. Bu komandada bir neç il ərzində olmaq mənim üçün böyük şərəfdir.
 
Qarşınızda hansı məqsədlər qoyursunuz?
Türkiyə çempionatını udmaq, mənim üçün yeni turnir olan Avropa Liqasının qalibi olmaq. Çox razıyam. Özümü sanki yeni oyuncaqla oynayan uşaq kimi hiss edirəm. Sadəcə həzz alıram.
 
Sizcə, futbolda pis və yaxşı nə var?
Ən yaxşısı – küçədə qəzən insanların sevgisi, sevdiyin işlə məşğul olmaq. İnsanların sevgisi çox gözəl hissdir. Ən pisi isə odur ki, şəxsi həyat yoxdur. Bütün illərimi mənim elə bir dünyada yaşayırdım ki, orada hər kəs kimin nə etdiyi və dediyindən asılıdır.
 
İndi isə belə deyil?
Türkiyədə də mən tam rahatlana bilmirəm, çünki paparassilər həyatımla maraqlanır. Lakin kiçik bir üstünlüyüm var. Türk dilini bilmirəm, ona görə də mənə yapışmırlar.
 
Raul "Real"-da 16 mövsüm keçirib. Siz – 15. Nə o, nə siz karyeranızı bu kluda bitirmədi. Bu sizcə nə deməkdir?
"Real" kimi klubda uzun illər yüksək səviyyədə çıxış etmək həddindən artıq çətindir. Mən və Raul da xaricdə oynamaq istəmişik.
 
Fikirinizi dəyişib, "Real"-a qayıdmaq istəmirdiniz?
Xeyr. Mən əqidəli insanam. Qərar verirəmsə, ona sona kimi əməl edirəm. Bu mənim seçimim idi və hətta yeni məşqçi gələndə də fikirimi dəyişmədim. Mən xoşbəxtəm.         
 
Mənbə: El Pais

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.