28 sentyabr 2010 12:01
ManUnited daha bir itkiylə üzləşdi
İngiltərənin "Manchester United" klubunun hücumçusu Ueyn Runi Çempionlar Liqasının 2-ci turu çərçivəsində keçiriləcək "Valencia" ilə oyunda iştirak etməyəcək. Azerisport.az xəbər verir ki, forvard bu oyunu zədə səbəbindən buraxmalı olacaq.
Qeyd edək ki, Runi ölkə çempionatının "Bolton"-la bazar günü keçirilən oyunda 61-ci dəqiqədə əvəzlənmişdir.
Xatırladaq ki, "Valencia" ilə görüş sabah baş tutacaq.
Mənbə: AP
