28 sentyabr 2010 20:30
Araz rəqibini darmadağın etdi (YENİLƏNDİ)
Bu gün Azərbaycanın futzal üzrə çempionu Naxçıvanın "Araz" klubu futzal üzrə UEFA Kubokunun əsas raundun qrup mərhələsindəki çıxışına başladı. Azerisport.az xəbər verir ki, Joze Alesionun yetirmələrin ilk rəqibi İrlandiyanın "Sporting" komandası oldu.
ARAZ – SPORTING - 2:4 (oyun başa çatdı)
Birinci hissə: Artıq birinci dəqiqədə Duşkeviç hesabı açır - 1:0. Anderson hesabı 2:0 edir. Lenqtri hesab arasındaki fərqi minimuma endirir - 2:1. Sezar hesabı bərabərləşdirir - 2:2. De Melo irlandiyalıları hesabda irəliyə çıxarır - 2:3.
İkinci hissə: Sezar "Araz"-ın qapısına növbəti qolu vurur - 2:4. Lusiano hesab arasında fərqi azaldır - 3:4. Bir dəqiqə ərzində Felipe və Anderson "Araz"-a iki qol gətirir - 5:4. Borisov hesab arasındaki fərqi artırır - 6:4. Eder "Sporting"-ın qapısından növbəti topu keçirir - 7:4.
Digər görüşdə Rumıniyanın "City" klubu Latviyanın "Nikars"-ı ilə qaşılaşacaq (saat 21:15). Xatırladaq ki, oyunlar Rumıniyada keçirilir.
3-cü qrupun qalan oyunların cədvəli:
29 sentyabr: Nikars – Araz (19:00), City – Sporting (21:15)
1 oktyabr: Sporting – Nikars (19:00), Araz–City(21:15)
Elit raunda çıxmaq üçün Azərbaycan çempionu qrupun ilk iki yerindən birini tutmalıdır.
