28 sentyabr 2010 00:15
Vaqif Cavadov: Çox şey alınmırdı
Azərbaycanın "Bakı" klubunun hücumçusu Vaqif Cavadov ölkə çempionatının 7-ci turu çərçivəsində "Turan"-la keçirimiş oyundan sonra (3:1) azerisport.az saytına öz fikirlərini bildirdi. "Qol vurduğuma görə şadam. Bu mənim yeni komandamda ilk qolumdur və bu fakt məni sevindirir. Ancaq buna baxmayaraq, öz oyunumnan narazı qaldım. Çox şey alınmırdı. Meydança da yaxşı vəziyyətdə deyil idi, bu da həmişə maneçilik törədir", - Cavadov dedi.
