28 sentyabr 2010 00:18

Bakı`nın inamlı qələbəsi, Vaqif Cavadovun "oyanışı" və "Batistuta sayağı" qol

Bu gün Azərbaycan Premyer-liqasının 7-ci turun təxirə salınmış "Bakı" – "Turan" oyunu keçirildi. Azerisport.az xəbər verir ki, qələbənin dadını bilməyən "Turan" növbəti dəfə məğlubiyyətlə üzləşdi.

Görüşün ilk dəqiqələrində "Turan" artıq hesabı aça bilərdi. Lakin Marko Şarlia əla reaksiya göstərərək, "Bakı"-nı real qoldan xilas etdi. İlk yarının 20 dəqiqəsi faktiki oyun cəhətindən "Turan"-ın xeyirinə idi. Lakin 20-ci dəqiqədən sonra "Bakı" deyəsən özünə gəlməyə başladı. İlk öncə Jaba hesabı aça bilərdi, lakin onun zərbəsi qapının yanından keçdi. Cəmi bir dəqiqədən sonra "Bakı"-nın yeni müadfiəçisi Stefan Borbikoni küncdən yerinə yetirilən ötürmədən sonra başı ilə topu tora daxil edir – 1:0. Bu qoldan sonra "Bakı"-nın hücum xətti ayıldı. Cəmi iki dəqiqədən sonra Jaba növbəti dəfə topu qapıya göndərdi – amma hakim oyundan kənar vəziyyətini qeydə alaraq, qolu hesaba almadı. Növbəti hücumdan sonra Vaqif Cavadov ikinci qolu vurdu. Qeyd etmək lazımdır ki, bu qol Vaqifin nəinki bu mövsüm, ümumiyyətlə bu il ərzində vurduğu ilk rəsmi qoludur. Ümid edək ki, bu qoldan sonra Vaqifin ayağı (və başı, nəzərə alsaq ki, qolları başla da vururlar) açılacaq. Həmçinin də qeyd edək ki, ilk qolun müəllifi Borbikoni də "Bakı"-nın heyətində ilk dəfə fərqləndi. İkinci qoldan sonra da "Bakı" hücumlarını davam etdirirdi. Və yenə də Jaba fərqlənmək üçün gözəl imkan əldə etdi, lakin yenə də bu imkandan istifadə edə bilmədi.
 
İkinci hissədə isə "Turan" bir az artırdı. Ancaq bunun oyuna heç bir təsiri yox idi. Komandada birinci hissədə olduğu kimi, heçnə alınmırdı. Tovuz təmsilçilərin heyətinə yalnız bir oyunçunu qeyd etmək olar – 21-yaşlı Qiorqi Çedia. Böyük potensiala malik gürcü futbolçu görüşdə fərqlənə bilmədi, lakin sağ cinahdaki oyunu ilə yaxşı təsir bağışladı. İkinci hissənin əvvələrində Vinfrid Şefer Boretsin yerinə Bərəkəti, Sofroninin isə – Fabionu meydançaya buraxdı. Məhz bu əvəzetmə öz nəticəsini verdi: Adnan Bərəkətin ötürməsindən sonra Skuliç topu başı ilə rahatcasına, heç bir maneyə olmadan qapıya göndərdi. Hücumlar isə bitmək bilmirdi. Lakin növbəyi qolu "Bakı" yox, "Turan" vurdu. 78-ci dəqiqədə tovuzlu Rəşad Orucov 23-25 metrəlik məsafədən endirdiyi zərbə ilə hesab arasındaki fərqi azaltdı. Açığı deyək ki, qol çox gözəl alındı. Heç kəsi tərifləmək istəməzdik, sadəcə bu qol əsl "Batistuta sayağı" vuruldu – qüvvətli, dəqiq, 23-25 metrədən. Qarşılaşmanın sonuna yaxın hər iki komanda bir də fərqlənə bilərdi. Əvvəlcə Jaba növbəti imkanı boşa verir, sonra isə Vurğun Hüseynov hesab arasında fərqi minimuma endirə bilərdi. Lakin hesab dəyişmədi – 3:1 və "Bakı" çempionatda ikinci qələbəsini görür.
 
Komandaların göstərdiyi oyuna gəldikdə isə… "Bakı"-nın yarımmüdafiə və hücum xəttlərində canlanma prosesi müşahidə olunur. Müdafiə isə hələ də səhv buraxmağa davam edir. Əgər komanda bu inkişafı davam etdirsə, əminliklə söyləmək olar ki, hər şey qaydasında olacaq. "Turan"-nın futbolçuları isə ümumiyyətlə taktika nə olduğunu sanki heç vaxt eşitməyib. Demək olar ki, meydançanın hər bir hissəsində futbolçular mövqe seçimində uduzurdu. Tovuzluların heyətində yeganə futbol göstərən oyunçu var idisə, bu da ki yuxarıda qeyd etdiyimiz Çediadır. Görək, nəvbəti turlarda bu komandalar nə göstərəcək…
 
7-ci tur çərçivəsində keçirilən digər oyunların nəticələri:"Qəbələ" – "Qarabağ" - 2:1, "Muğan" – "Simurq" - 1:0, "Xəzər-Lənkəran" – "Neftçi" - 1:0, AZAL – MOİK - 2:0, "Gəncə" – "İnter" - 1:0.
 
 
Turnir cədvəli:
 
Komanda
O
Q
H
M
TF
X
1
XL
7
5
2
0
8-0
17
2
Neftçi
7
5
1
1
14-2
16
3
AZAL
7
4
2
1
8-5
14
4
İnter
7
4
1
2
6-3
13
5
Muğan
7
2
3
2
6-6
9
6
Qarabağ
6
2
2
2
6-4
8
7
Bakı
6
2
2
2
9-8
8
8
Gəncə
7
1
5
1
6-8
8
9
Qəbələ
7
2
1
4
4-7
7
10
MOİK
7
1
1
5
3-12
4
11
Turan
7
0
3
4
5-12
3
12
Simurq
7
0
3
4
5-13
3

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.