28 sentyabr 2010 00:27
Neftçi hüquq-mühafizə orqanlarına müraciət etdi
Azərbaycan Premyer-liqasının 7-ci turunda keçirilən "Xəzər-Lənkəran" – "Neftçi" oyunun sonlarında XL-ın bəzi azarkeşləri qonaq komandanın rəmzi sayılan bayrağı yandırmış, bununla da tribunada qarşıdurmaya şərait yaratmışlar. Görüşdən sonra komanda üçün ayrılmış avtobusu daşa tutmuşlar. Azerisport.az "neftçilərin" rəsmi saytına istinadən xəbər verir ki, "Neftçi" AFFA və PFL-ə, həmçinin Lənkəran şəhər hüquq-mühafizə orqanlarına bununla əlaqədar olaraq lazımi ölçü götürülməsi ilə bağlı məktub ünvanlayıb.
