29 sentyabr 2010 13:20
Maşallah Əhmədov: Ölkə daxilində bayraq yandırmaq çox pis haldı
Azərbaycanın "Neftçi" klubunun veteranı Maşallah Əhmədov "Xəzər-Lənkəran" - "Neftçi" paytaxt təmsilçisinin bayrağının yandırılmasına münasibət bildirib.
"Neftçi"-nin bayrağının yandırılmasını qəti pisləyirəm. Düşmənin bayrağına od vurarlar. Ölkə daxilində bayraq yandırmaq çox pis haldı. Hər iki komanda Azərbaycanındı. Belə halların yaranmasını bundan sonra arzulamıram", - azerisport.az xəbər verir ki, bunu Əhmədov bildirdi.
Mənbə: "Neftçi"-nin rəsmi saytı
