29 sentyabr 2010 13:43
FİFA Qəbələ haqqında reportaj çekəcək
FİFA-nın rəsmi telejurnalı "Futbol Mundial" Azərbyacanın "Qəbələ" komandası haqqına reportaj çəkməyi planlaşdırır. Azerisport.az xəbər verir ki, reportajda komanda, menecer heyəti və gələcək planlar barəsində danışılacaq. Reportajda əsas mövzudan biri "Qəbələ"-nin baş məşqçisi Toni Adamsla bağlı olacaq. Çəkiliş oktyabra planlaşdırılıb. Reportajın efirə çaxacağı vaxt isə hələ ki müəyyən edilməyib.
