29 sentyabr 2010 14:04
Françesko Totti: Futbolda qələbə ən yaxşı dərmandır
İtaliyanın "Roma" klubunun yarımmüdafiəçisi Françesko Totti Çempionlar Liqasının 2-ci turu çərçivəsində Rumıniyanın "CFR Cluj" komandası ilə keçirilmiş oyundan sonra (2:1) öz fikirlərini bildirdi.
"Cluj"-ja qalib gələrək, çox vacib nəticəni əldə etdik. Bu üç xal o deməkdir ki, bizim qrupdan çıxmaq üçün şansımız var. Futbolda qələbə ən yaxşı dərmandır", - azerisport.az "Roma"-nın rəsmi saytına istinadən xəbər verir ki, bunu Totti dedi.
