29 sentyabr 2010 14:28
AFFA XL və Neftçi`ni cəzalandırdı
AFFA-nın İntizam Komitəsi tarixində Azərbaycan Premyer-liqasının 7-ci turunun "Xəzər-Lənkəran" – "Neftçi" matçı ilə bağlı qərar aldı. Azerisport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matçda hər iki klubun azarkeşləri fişəng yandırıb, XL-ın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atılıb, qol vurulduqdan sonra meydançaya azarkeş daxil olub və hər iki klubun azarkeşləri arasında münaqişə baş vermişdir.
Bu səbəbdən də yuxarıda göstərilənlərə əsasənlanaraq matçın 1-ci dəqiqəsində "Neftçi"-nin və matçın 89-cu dəqiqəsində XL-ın azarkeşləri fişəngdən istifadə etdiklərinə görə hər iki klub 3000 manat cərimə olunur. Matçın 80-ci dəqiqəsində "Xəzər-Lənkəran" azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunur. Matçın 89-cu dəqiqəsində meydançaya azarkeş daxil olduğu və tribunalarda hər iki klubun azarkeşləri arasında münaqişə baş verdiyi üçün "Xəzər-Lənkəran" klubu 5000 manat, "Neftçi" isə meydan sahibi komandanın təqdim edəcəyi hesaba uyğun olaraq dəymiş zərəri ödəsin.
Yuxarıda göstərilənləri nəzərə alaraq hər iki kluba ciddi xəbəbdarlıq olunur. Belə ki, analoji hadisənin təkrar olunacağı təqdirdə hər iki klub barəsində ciddi ölçü götürüləcək və klubların azarkeşləri oyunlara buraxılmayacaqdır.
