29 sentyabr 2010 14:53
Bakı`nın keçmiş forvardı: Azərbaycan futbolunun səviyyəsi oyunçunun inkişafı üçün kifayət deyil
Azərbaycanın "Bakı" klubunun keçmiş hücumçusu Vilyam Roşa Batista Ukrayna mətbuatına verdiyi müsahibədə ölkəmizdə çıxışına da toxundu. Azerisport.az xəbər verir ki, futbolçu Azərbaycanı tərk etdiyindən heyfislənmir.
"Azərbaycandan Ukraynaya gəlməyim sözsüz ki düzgün bir addım idi. Açığı deyim, Bakıda yaxşı maaş alırdım. Orada mən ölkə çempionu oldum, avrokuboklarda çıxış etdim. Lakin Azərbaycan futbolunun səviyyəsi oyunçunun inkişafı üçün kifayət deyil. Sevdiyim komanda və şəhərə qayıtmağa imkan yaranda isə mən Ukryanaya qayıtdım. Buna görə də bu addımı düzgün hesab edirəm", - Batista dedi.
