29 sentyabr 2010 15:07
"Real`a məğlub olduğumuza görə hakim günahkardır" (VİDEO)
Fransanın "Auxerre" klubunun müdafiəçisi Stefan Qrixtinq Çempionlar Liqasında İspniyanın "Real" komandasından aldığları məğlubiyyət barəsində (0:1) öz fikirlərini bildirdi.
"Rəqibə rahat oynamağa imkan vermirdik. Müdafiəyə keçərək, madirdlilərə oradan təzyiq göstərirdik. Buraxdığımız qola gəldikdə isə deyə bilərəm ki, bu qol ədalətsiz idi. Çünki di Mariya vurduğdan öncə Ramos topu əli ilə ram etdi. Hakim isə bunu görməli idi. Buna görə də haqsız olaraq məğlub olduq", - azerisport.az xəbər verir ki, bunu müdafiəçi dedi.
Qeyd edək ki, həmin görüşü norveçli Klaus Bo Larsen idarə edib.
Mənbə: goal.com
