29 sentyabr 2010 16:00
Valencia ağır itkiylə üzləşdi
İspaniyanın "Valencia" klubu Çempionlar Liqasının 2-ci turu çərçivəsində İngiltərənin "Manchester United" komandası ilə oyundan öncə itkiylə üzləşdi. Azerisport.az xəbər verir ki, ispanlar sağ cinah hücumçusu Xoakinin xidmətlərindən istifadə edə bilməyəcək.
29-yaşlı futbolçu məşqlərin birində damarlarını zədələdi. Xoakin nə qədər oyun buraxmalı olacağı hələ ki bilinmir.
Mənbə: Super Deporte
