29 sentyabr 2010 17:02
İngiltərədə tarixə düşəcək super oyun baş tutdu (VİDEO)
İngiltərənin birinci divizionunda (championship) "Leeds" və "Preston" arasında super oyun keçirildi. Azerisport.az xəbər verir ki, oyunda komandaların birgə səyləri nəticəsində 10 qol vuruldu. Bu azmış kimi, "Preston" 4:1 hesabı ilə məğlub olaraq, nəticədə hesabı 4:6 öz xeyrinə etdi. Qeyd etmək lazımdır ki, bu klub sonuncu dəfə bir oyunda 6 top uzaq 1955-ci ildə "Blackpool"-la oyunda vurub. "Leeds"-ə gəldikdə isə, bu klub tarixində ilk dəfədir ki, doğma divarlar arasında 6 top buraxır.
Mənbə: The Sun
