29 sentyabr 2010 17:39
Inter əsas hücumçusunu itirdi
İtaliyanın "Inter" klubunun hücumçusu Diyeqi Milito Çempionlar Liqasının 2-ci turu çərçivəsində "Werder"-lə keçiriləcək oyunda iştirak edə bilməyəcək. Azerisport.az xəbər verir ki, arqentinalı forvard oyun ərizəsinə daxil edilmişdir, lakin zədədən tam sağalmadığı üçün görüşü buraxmalı olacaq. Bundan başqa Qoran Pandevin iştirakı da sual altındadır.
Mənbə: Football Italia
