29 sentyabr 2010 00:00
İsgəndər Cavadov: Bu, biabırçılıqdır!
Azərbaycan futbolunun veteranı İsgəndər Cavadov "Xəzər-Lənkəran" – "Neftçi" oyununda rəqib azarkeşlərdən bəzilərinin flaqmanın rəmzi olan bayrağının yandırılmasına etirazını bildirib.
"Neftçi"-nin bayrağının yandırılmasını qəbul edə bilmirəm. Bu, biabırçılıqdır. Sovet dövründə stadionlarda orta yaşlı azarkeşlər olurdusa, indi vəziyyət fərqlidir. Gənclərin çoxu futbola baxmaq əvəzinə hay-küy salır, bəziləri söyüş söyür. Ümumiyyətlə, belə şeylərə yol verilməməlidir", - azerisport.az "Neftçi"-nin rəsmi saytına istinadən xəbər verir ki, bunu Cavadov dedi.
