29 sentyabr 2010 00:06
Zədələr ManUnited`i ovlayır
İngiltərənin "Manchester United" klubu Çempionlar Liqasının 2-ci turu çərçivəsində "Valencia" ilə keçiriləcək oyun qabağı daha bir itki ilə üzləşdi. Azerisport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu görüşdə mankunialar zədə səbəbindən Pol Skoulzun xidmətlərindən istifadə edə bilməyəcək.
Qeyd edək ki, Skoulzdan başqa Ueyn Runi, Rayan Qiqqz və Qarri Nevill də zədə səbəbindən çıxış edə bilməyəcək.
