29 sentyabr 2010 00:14
Belçikalı müxbir: Neftçi`nin məşqi Avropa klublarında olduğu kimi keçdi
Belçikanın məşhur "Sport foot magazine" jurnalının müxbiri Stefan Van der Velde və fotoqraf Erik Herşaft bu gün Azərbaycanın "Neftçi" klubunun düşərgəsində olublar. Azerisport.az xəbər verir ki, komandanın məşqini izləyən jurnalın əməkdaşlarından Van der Velde bu haqda təəssüratlarını klubun rəsmi saytı ilə bölüşüb.
"Neftçi"-nin məşqi digər Avropa klublarında və Belçikanın aparıcı klublarında olduğu kimi keçdi. Düşünürəm ki, çempionat oyunundan sonra belə intensiv məşq komandanın gücündən xəbər verir. Klubun heyətində əsasən texnikalı futbolçular yer alıb. Məşqdə futbolçular çox istəkli və motivasiyalı görünürdülər. Komanda üzvlərinin fiziki göstəriciləri haqda tam fikrimi bildirə bilməsəm də, texniki potensialları göz qabağında idi. Biz bu səfərdən çox məmnun qaldıq".
