30 sentyabr 2010 13:57
"Messi bu mükafata layiqdir"
Arqentina yığmasının keçmiş baş məşqçisi Diyeqo Maradona bildirdi ki, İspaniyanın "Barcelona" klubunun hücumçusu Lionel Messi "Qızıl butsa" layiqdir. Azerisport.az xəbər verir ki, bu mükafatı Messi 2009/10 mövsümün nəticələrinə görə bu il alacaq.
"Messi bu mükafata layiqdir. Allah qoysa, o bu mükafata daha bir neçə dəfə sahib olsun", - Maradona dedi.
Bundan əlavə futbol əfsanəsi yığma komandaya qayıtmaq arzusunda olduğunu da bildirdi.
Mənbə: Marca
