30 sentyabr 2010 14:15
Inter müdafiəçisini itirə bilər
İtaliyanın "Inter" klubunun müdafiəçisi Lusio "Juventus"-la 6-cı tur oyununda iştirak etməyəcək. Azerisport.az xəbər verir, braziliyalı futbolçu Çempionlar Liqası çərçivəsində "Werder"-lə keçirilən görüşdə dizindən zədə aldığından görüşü yarımçıq bitirdi.
Futbolçu tibbi müayinədən keçməlidir və yalnız bundan sonra bərpa prosesinin müddəti müəyyən olacaq.
Mənbə: Sky Sports
