30 sentyabr 2010 14:54
Braziliyalı ulduz futbolçu intihar etmək istəyib
İtaliyanın "Roma" klubunun hücumçusu Adrianonun anası Rozilda gözləilməz bəyanat etdi. Azerisport.az xəbər verir ki, ananın sözlərinə görə, onun oğlu inthiar etmək istəyirdi.
"Onun atası rəhmətə gedəndə Adriano depressiyaya düşdü. Həmçinin tənqid atəşi ilə də üzləşdi. Onlar heç başa düşmürdülər ki, ona nə dərəcədə çətin idi. Bir gün o mənə zəng edərək, bildirdi ki, intihar etmək istəyir. İndi o qaydasındadır. "Roma"-ya minnətdaram ki, ona şans verdilər. Adriano öz döyüşündə qalib oldu və indi oyunu ilə hər kəsi heyran etməyə hazırdır", - Rozilda dedi.
Mənbə: La Gazzetta dello Sport
