30 sentyabr 2010 15:16
"Yoahim Lövü başa düşə bilmirəm"
Rusiyanın "Dinamo" klubunun hücumçusu Kevin Kuranyi bildirdi ki, artıq Yoahim Löv onu Almaniya yığmasına çağıracağına inanmır.
"Lövü başa düşə bilmirəm. Karyerama nəzər yetirsəz, görərsiniz ki, mən cürbəcür taktiki sxemlərdə oynamışam. Və həmişə vurmuşam. Düşünmürəm ki, Löv məni yenidən milliyə çağırsın. İstəsə idi çoxdan çağırmışdı", - Kuranyi dedi.
Qeyd edək ki, bu yaxınlarda Löv bəyan etdi ki, Kuranyini yığmada görmür.
Mənbə: Bild
