30 sentyabr 2010 15:43
Lusio: Van Qala məni komandadan qovduğuna görə minnətdaram
İtaliyanın "Inter" klubunun müdafiəçisi Lusio Almaniyanın "Bayern Münich" komandasının baş məşqçisi Lu van Qal barəsində danışdı. Azerisport.az xəbər verir ki, braziliyalı futbolçu hollandiyalı mütəxəssisin əxlaqi simasından heyran olmadığını bildirdi. Lakin buna baxmayaraq Lusio van Qala minnətdardır.
"Bu mütəxəssisin rəhbərliyi altında heç vaxt çalışmamışam, lakin "Bayer"-də qalmağa heç bir fürsətim yox idi. Mənimlə necə rəftar etdiyləri, mənə çox pis təsir etdi. Komandadan getməyimə işarə edəndə, bu əsl hörmətsizliyin əlaməti idi. Amma van Qala minnətdaram. Çünki bunun nəticəsində mən "Inter"-ə keçdim və Çempionlar Liqasının finalında onu məğlub etdim", - Lusio dedi.
Mənbə: Sport1.de
