30 sentyabr 2010 16:13
Arif Əsədov: AZAL bütün liderlər üçün baş ağrısıdır
Azərbaycanın "Neftçi" klubunun baş məşqçisi Arif Əsədov azerisport.az saytına ölkə çempionatının qarşıda gələn 8-ci turu çərçivəsində AZAL-la görüşdən öncə öz fikirlərini bildirdi. "Lənkərandaki oyundan sonra komandanın psixoloji durumu o qədər də yaxşı deyil. Həftə ərzində bu vəziyyəti bir az yaxşılaşdıra bildik. AZAL-la görüşdə qələbəyə oynayacayıq. Bu qələbə bizim üçün çox vacibdir. Yenidən liderliyə qayıdacayıq. Rəqibimiz bir neçə oyununa baxdıq. Və demək lazımdır ki, Nazim Süleymanov mübarizəyə bacarığı olan komanda yaradıb. Əsasən də bu komanda müdafiədə yaxşı görsənir. Onlar bütün liderlər üçün baş ağrısıdır", - Əsədov dedi.
