30 sentyabr 2010 16:49
Inter Real və Chelsea`nin futbolçularını istəyir
İtaliyanın "Inter" klubu mərkəz yarımmüdafiəçi axtarışındadır. Azerisport.az xəbər verir ki, "neradzurinin" baş məşqçisi Rafael Benites yaxşı tanıdığı, hal hazırda "Real"-da çıxış edən Xabi Alonsonu almaq istəyir. Lakin əgər bu transfer baş tutmasa, o zaman İtaliya çempionları diqqətlərini "Chelsea"-nın yarımmüdafiəçisi Maykl Essyenə yönəldəcəklər. Rəsmi təklif yanvarda irəli sürünə bilər. Lakin əminliklə demək olar ki, londonlular Qana ulduzunu ucuz qiymətə satmaz, çünki bu futbolçu komandada vacib rol oynayır.
