30 sentyabr 2010 00:01
Bekhem Avropaya qayıtmaq istəmir
ABŞ-ın "Los-Angeles Galaxy" klubunun yarımmüdafiəçisi Devid Bekhem bildirdi ki, hansısa bir Avropa klubuna keçmək fikiri yoxdur.,
"Hansısa bir Avropa klubuna keçmək niyyətim yoxdur. Əlbətdə, heç vaxt "heç vaxt" demirəm. Lakin zədədən sonra bütün fikirlərimi "Galaxy"-yə yönəldməliyəm. Optimal formamı yığmalıyam", - azerisport.az xəbər verir ki, bunu Bekhem dedi.
Xatırladaq ki, 35 yaxlı futbolçu bu ilin əvvəlində "Milan"-ın heyətində çıxış edirdi, lakin aldığı ağır zədə nəticəsində sentyabrın ortalarına kimi futboldan kənar idi.
Mənbə: FİFA
