30 sentyabr 2010 00:19
Chelsea əməkdaşlarının özbaşınalığı ilə bağlı UEFA`ya məlumat verilib
Dünən Çempionlar Liqası çərçivəsində "Chelsea" – "Marsielle" oyununda xoşa gəlməz hadisə baş verdi. Azerisport.az xəbər verir ki, stadion əməkdaşları fransız azərkeşləri stadiona buraxmayaraq, biletlərini cırırdı.
"Mən Avropa turnirlərində belə qəbul heç yerdə görməmişəm. İngiltərədə biz Mançester, Liverpul, Bolton, Nyukaslda oynamışıq. Bu cür hallara heç yerdə rast gəlməmişik. Onlar necə işləyir mən başa düşə bilmirəm. Məni sadəcə olaraq stadiondan qovdular. Həmçinin Fransadan gələn azərkeşlərimiz və bəzi stüardlara qarşı təzyiq göstərilirdi. Bəzilərini isə stadiona buraxmayaraq, biletlərini cırdılar", - bunu "Marsielle"-in rəsmi saytına klubun Təhlükəsizlik xidmətinin rəisi Qi Kazadamon dedi.
Qeyd edək ki, Fransa klubu bu hadisə barəsində UEFA-nı məlumatlandırdı.
