30 sentyabr 2010 12:26
Millimiz Bundesliqa təmsilçisinə məğlub oldu
Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Azerisport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmamız "Hoffenheim" klubunun nəzdindəki U-19 və U-23 komandalarının futbolçularından təşkil olunmuş komanda ilə qarşılaşıb. Oyun 3:1 hesabı ilə almaniyalı futbolçuların xeyrinə başa çatıb. Yığmamızınheyətində Qara Qarayev fərqlənib.
