1 oktyabr 2010 15:06
Bakı Lənkərandaki oyundan öncə itki ilə üzləşdi
Azərbaycanın "Bakı" klubu ölkə çempionatının 8-ci turu çərçivəsində "Xəzər-Lənkəran"-la oyundan qabaq itki ilə üzləşdi. Azerisport.az xəbər verir ki, klubdan verilən məlumata görə, yarımmüdafiəçi Aleksandar Şoliç məşqdə zədə aldı və Lənkərandaki oyunda çıxış edə bilməyəcək. Dəqiq diaqnoz futbolçu müayinədən keçəndən sonra veriləcək.
Xatırladaq ki, XL – Bakı oyunu sabah saat 18:00-da baş tutacaq.
