1 oktyabr 2010 15:36
Löv türklərdən ehtiyaylanır
Almaniya yığmasının baş məşqçisi Yoahim Löv AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində Türkiyə ilə keçiriləcək oyun barəsində öz fikirlərini bildirdi.
"Tribunalarda nə baş verəcəyini təsəvvür edirəm. Yadıma 1999-cu il düşür. O zaman Münxen stadionunda Almaniya AVRO-2000-nin seçmə mərhələsi çərçivəsində Türkiyə ilə qarşılaşırdı. Stadion türk azərkeşləri ilə dolmuşdu. Düşünürəm ki, bu dəfə Berlindəki stadiona da bu hal təkrarlanacaq. Bu şəhərdə çxlu türk yaşayır. Əminəm ki, stadionun yarısı məhz türk azərkeşləri tutacaq", - azerisport.az xəbər verir ki, bunu Löv dedi.
Mənbə: Berliner Zeitung
