1 oktyabr 2010 16:17

Elnur ALLAHVERDİYEV: Bəzilərin dediylərinə baxmayaraq, düşmənçiliyimiz yoxdur

Azərbaycanın "Xəzər-Lənkəran" klubunun müdafiəçisi Elnur Allahverdiyev azerisport.az saytına müsahibə verdi.

"Neftçi"-dən sonra komandanızı daha bir ciddi rəqib gözləyir – "Bakı".
Rəqibimizə hörmət edirik. Lakin birinci pillədə qalmaq istəyirik.
 
Qısa müddət ərzində bu artıq ikinci derbidir. Çox deyilmi?
Əlbətdə ki, komanda üçün bu çətindir. Amma bizim məqsədlərimiz itkisiz getməyi tələb edir. "Bakı"-nı doğma meydanda qəbul edirik və buna görə də qələbə qazanmalıyıq.
 
İkinci dövrədə sizə daha çətin olacaq. Çünki liderlərlə bütün oyunları öz meydançanızda keçirdiniz.
Bu da bizi qələbə qazanmağa vadar edir. Digər tərəfdən, əgər biz onları öz meydanımızda məğlub edə bilirksə, nəyə görə bu səfərdə baş verməsin?
 
Ötən mövsümdə "Bakı" XL-ı iki tituldan məhrum etdi.
Bəzilərin dediylərinə baxmayaraq, düşmənçiliyimiz yoxdur. Əlbətdə ki, bu görüş bizim üçün həddən artıq prinsipialdır. Və bu yaxşı haldı. Bu cüt oyunlar futbolu bəzəyir.
 
Bəs ötən mövsümdə komandaynan bunu yaşayan futbolçular nə deyir?
"Bakı"-ya qarşı ötən mövsüm oynayan futbolçular bunu tez-tez yada salırlar. Çox acı məğlubiyyətlər idi. Buna görə də ötən ilin əvəzini çıxmaq istəməyimiz təəcüblü deyil.
 
Ötən mövsümə nəzər yetirsək görərik ki, çətinliklə əldə edilən üstünlüyü asanca itirsiniz.
Bundan əvvəl bu olub. Lakin bu dəfə belə olmayacaq. Hazırki mövsüm bizim üçün uğurlu olacaq. Heç kəsə məqsədlərimizə çatmaq üçün bizə maneçilik törətməyə imkan verməyəcəyik.
 
Yeddi oyun ərzində XL bir dəfə də olsun qapısından qol buraxmayıb. Sizin karyeranızıda bu cür "quru" seriya olubmu?
Xeyr, olmayıb. Mövsümün bu göstərici ilə bitirmək əla olarıdı. Əlbətdə, bu mümkünsüz görünür. Amma sınamaq lazımdır.
 
Bu seriyada kimin xidməti daha çoxdur – müdafiə yoxsa Kamran Ağayevin inamlı oyunu?
Çətin ki, qapıçı yaxşı müdafiə olmadan hər topu dəf edə bilərdi. Və çətin ki, müdafiə qapını qapıçısız qoruya bilərdi. Hər şey bir biri ilə əlaqəlidir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.