1 oktyabr 2010 17:37
Azərkeşlərə Azərbaycan çempionatının oyunları maraqlı deyil
Azerisport.az saytına "Azərkeşlər stadionlara nəyə görə getmir?" sualına sorğu keçirildi. Nəticələrə görə, azərkeşlərin əksəriyyəti stadionlara maraqlı olmadığı üçün getmirlər. Bu cavabı sorğu iştirakçıların 63% seçdi. Digər nəticələr isə bunlardı: azərkeşlər stadionlara getmir, çünki: "Pul yoxdur" – 13%, "Vaxt yoxdur" – 12%, "digər səbəb" – 8%, "İstəmir" – 4%.
