1 oktyabr 2010 20:12
Cokiça Haciyevski: Məğluniyyətlərə alışmamışam
Azərbaycanın "Simurq" klubunun baş məşqçisi Cokiça Haciyevski ölkə çempionatının 8-ci turu çərçivəsində "Qəbələ" ilə keçirilən oyun barəsində azerisport.az saytına öz fikirlərini bildirdi.
"Qarşılaşmanın nəticəsi, oyunun gedişatını əks etdirmir. Əslində rəqib üzərində üstünlüyümüz var idi. Maksimal mübarizə aparırdıq, lakin hücumda ustalıq çatışmırdı. Rəqibin ilk qolun mübahisəli alındı. Futbolçumuzu tutumuşdular və o qolun baş tutmasına mane ola bilmədi. Məğlub olduğumuz mənə ağır gəlir. Bu cür vəziyyətdə heç vaxt olmamışam. Məğluniyyətlərə alışmamışam", - Haciyevski dedi
