1 oktyabr 2010 20:28
Toni Adams: Çox çətin oyun oldu
Azərbaycan Premyer-liqasının 8-citurunda "Simurq" doğma meydanda "Qəbələ" ilə qarşılaşdı. Azerisport.az PFL-ın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmadan sonra "radarların" baş məşqçisi Toni Adams oyun barəsində öz fikirlərini bildirdi.
"Çox çətin oyun oldu. "Simurq" komandası ilk hissədə çox yaxşı oynadı. Bizim futbolçular ikinci hissədə daha üstün oynadı", - Adams dedi.
