1 oktyabr 2010 20:33
Arif Əsədov: Bu qələbə çox lazım idi
Azərbaycanın "Neftçi" klubunun baş məşqçisi Arif Əsədov ölkə çempionatının 8-ci turu çərçivəsində AZAL-la keçirilən oyun barəsində öz fikirlərini bildirdi.
"XL-la oyunda məğlubiyyətdən sonra komandada stress var idi. Oyunçuların durumunu yaxşılaşdırmaq üçün qələbə lazım idi. İşimizi gördük və indi gələcək oyunlar barəsində düşünəcəyik", - azerisport.az xəbər verir ki, bunu Əsədov dedi.
