1 oktyabr 2010 12:06
Messi: Mənə məhz "Qızıl buts" çatışmırdı
İspaniyanın "Barcelona" klubunun hücumçusu Lionel Messi "Qızıl butsun" alınması ilə bağlı öz fikirlərini bildirdi. Azerisport.az xəbər verir ki, Messinin sözlərinə görə, bu uğura o komanda yoldaşlarının köməyi olmadan nail ola bilməzdi.
"Bu mükafat bütün komandanın uğurudur. Mənə məhz "Qızıl buts" çatışmırdı və şadam ki, bu mükafata da nail ola bildim. Allah qoysa, öz peşəkar karyeramı yalnız "Barcelona"-da keçirəcəm", arqentinalı ulduz dedi.
Xatırladaq ki, "Qızıl buts" mükafatının təqdimetmə mərasimi dünən axşam keçirildi.
Mənbə: Marca
