1 oktyabr 2010 00:22

Peledən çox qol vuran futbolçu yoxsa böyük bir yanlış? (VİDEO, FOTO)

Ən əsası odur ki, biz əfsanəvi forvard Artuq Fridenrayxın guya karyerası ərzində vurduğu qolların sayına görə dünya rekordçusu olduğunu eşitmişik. Azerisport.az xəbər verir ki, bütün məlumatlarda eyni say – 1329 qol qeyd olunur.  Burada araşdırmaya və izaha ehtiyac var. Birincisi heç kim və heç vaxt bu 1329 qolu, yəni onların neçəsinin harda vurulmasını bilmir. Heç kimə sirr deyil ki, onların böyük hissəsi Braziliya klublarının futbolun çiçəklənən vaxtında pul qazanmaq və öz büdcələrini doldurmaq üçün hesaba gəlməyən sayda keçirdikləri yoldaşlıq görüşlərinə aiddir.

Bütün yoldaşlıq və rəsmi görüşlərdə vurulan qolların şübhəli bir yerə qarışdırılması praktikasını bir kənara qoyaq. Hesab edək ki, bombardirlərin statistikasına bu cür yanaşma da düzgündür. Yekun olaraq erkən romantik erada bu iki kateqoriyadan olan matçlar arasındakı məsafə indiki qədər əhəmiyyətli deyil. Müasir statisniklərin Fridenrayxın həqiqətən nə qədər qol vurduğunu yoxlaması artıq mümkün deyil. Müvafiq sənədlər çoxdar itirilib. Onlar 1962-ci ildən mövcud deyil.  O zaman köhnə futbol protokol və arxivlərinin saxlandığı Santos şəhər prefekturası təmizlik aparmaq və iri lazımsız kağız kütləsindən qurtulmaq qərarına gəlib. Və bütün digər sənədlərlə yanaşı futbol araşdırmaçıları üçün qiymətli olan reskriptlər də məhv edilib. Bununla belə dəqiq məlumdur ki, Braziliyada statistik məlumatlar hətta ötən əsrin əvvəlində son dərəcə dəqiq şəkildə protokollaşdırılıb və Fridenrayxın karyerası ilə bağlı dəqiq rəqəmləri arzu olunan təqdirdə vaxtikən müəyyən etmək mümkün idi ki, bu da Mario de Andrade adlı şəxs tərəfindən edilib. O 1918-ci ildən etibarən Fridenrayxla eyni klubda (“Paulistano”) oynayıb və tamamilə müasir qaydada öz dahi tərəfdaşının keçirdiyi oyun və qolları saymaqla məşğul olub. Və çox ehtimal ki, o bunu futbol tarixinə qiymətsiz xidmət göstərdiyini dərk edərək məşğul olub.

Nəhayət gözəl günlərin birində, hardasa 60-cı illərin əvvəlində daha çox De Vani təxəllüsü ilə məşhur olan və ölkədə tanınan jurnalist Adriano Neyva da Motta e Silva artıq qocalan Mario de Andradeni ziyarət edir. Onlar köhnə futbol barədə söhbət edirlər, dahi Fridi və onun vurduğu qolları xatırlayırlar. Birdən De Vani onun ümumilikdə nə qədər qola vura bilməsindən danışmağa başlayır: "O yüzlərlə qol vurub". Və bu zaman həmsöhbətinin atmacası onu heyrətə gətirir: "Bunun üçün ehtimal etməyə gərək yoxdur: o,1239 qol vurub".

"Bura bax", - deyən Mario şkafdan çıxardığı qalın kağız kütləsini təəccüblənən De Vaniyə uzatdı. Bu futbol protokollarının nüsxələri və Artur Fridenrayxın bütün oyunlarının və həmin matçlarda vurduğu qolların sayının xronoloji qaydada qeyd olunduğu dəftər idi. Burada onun 1909-cu ildə vurduğu ilk qoldan 1935-ci ildə vurduğu son qola qədər bütün toplar səliqəli qaydada qeyd olunub. Bur kifayət qədər böyük iş həcmi idi! Oyunların sayı 1329, qolların sayı isə 1239 ədəd.

De Vaninin (yeri gəlmişkən O, Pelenin qollarını saymaqla məşğul olub) daha detallı şəkildə araşdırmaq üçün bu nadir məlumat toplusunu ona verməyə dair qocaya bütün yalvarışlarına baxmayaraq, Mario de Andrade bunu etməyə razı olmayıb. O De Vani ilə söhbətdən bir neçə gün sonra dünyasını dəyişdi. De Vani isə Marionun ölümündən sonra təqribən bir ay sonra bu nadir arxivə yiyələnməyə cəhd göstərdi, lakin yenidən uğursuzluğa düçar oldu. O Marionun evində tamamilə başqa vəziyyətin şahidi oldu. Belə ki, qohumları ona məxsus olan əşyaların əksəriyyətini atmışdılar. Bu futboldan uzaq olan insanlar hətta düşünmədilər ki, atılan sənədlərdən görünüşündən lazımsız əşyanı xatırladan hansı qismisə böyük əhəmiyyətə malikdir.

Tezliklə De Vani mərhum Marionun onun üçün açıqladıqlarını "Tribuna de Santos"qəzetində işıqlandırdı. Təbii ki, sözlərinə inanmağı xahiş edərək, sübutsuz şəkildə açıqladı. Lakin hamı onu ciddi peşəkar kimi qəbul etdiyindən De Vaninin dediklərinin doğru olması ilə bağlı şübhə yaranmadı.

Siz artıq şahid oldunuz ki, Fridenrayxın keçirdiyi oyunlar və vurğudu qolların sayı bir-biri ilə olduqca oxşarlıq təşkil edir (1329 – 1239). Onları çox asanlıqla qarışıq salmaq olar: təkcə 2 ilə 3 rəqəminin yerini dəyişmək kifayətdir. Məhz bu vəziyyət sonda dünya futbol statistikasında ehtimal ki, ən böyük anlaşılmazlığın yaranmasına səbəb oldu.

1965-ci ildə Riodan olan jurnalist Joao Maksimo "Braziliya futbolunun nəhəngləri"("Os Gigantes do Futbol Brasileiro") adlı möhtəşəm işini nəşr etdirdi. Və burada Fridenrayxın qollarının sayı De Vaniyə istinadən səhv olaraq 1329 qədər göstərilmişdi. Bu nəşr  təkcə futbol həvəskarlarının deyil, həm də Braziliya İdman Federasiyasının stolüstü kitabına çevrildiyindən sözügedən qurum onu rəsmən qəbul etdi. Və sonradan Federasiyanın bu səhvi daha yüksək səviyyə - FİFA-ya keçdi ki, o da Fridenrayxın səhv göstərilən 1329 qolunu şəxsi dünya rekordu kimi tanıdı. Bax elə o vaxtdan bütün məlumatlarda bu say göstərilir.

Beləliklə, həqiqətdə braziliyalı "dinozavr"yazılanlardan təqribən 100 top az vurub. 1239 qolla o avtomatik olaraq dünya rekordçusu statusundan məhrum olur və bu status 1284 qol müəllifi olan Peleyə keçir. Pelə ilə bağlı şübhə yoxdur. Onun bütün qolları dəqiq şəkildə yoxlanılıb və protokollaşdırılıb.
 
Buna baxmayaraq göstərilən dəqiqləşdirmələr Fridenrayxın Braziliya futbolu tarixində tutduğu yeri qiymətdən salmamalıdır. Pelenin ortaya çıxmasınadək braziliyalılar ölkələrində və hətta dünyada bütün dövrlərin ən yaxşı futbolçusu hesab ediblər. Lakin böyük istedadının olmasına baxmayaraq Frid dərisinin rəngi ilə bağlı az çətinlik hiss etməyib.

O mulat idi, almaniyalı tacir Oskar Fridenrayx və zənci-qabyuyanın oğlu. Braziliya futbolunun erkən vaxtlarında burada xeyli sayda əcnəbi müstəmləkəçilər oynayırdılar. Rio və San-Paulo çempionatlarında oynayan aparıcı klublar — "Amerikano", "Fluminense", "Rio Kriket", "Almaniya", "Paulistano", "San-Paulu Atletik" demək olar ki, tamamilə varlı ailələrin nəsillərindən ibarət idilər. Onların əksəriyyəti doktorluq dərəcəsinə malik idilər. Doğrusu, dəri hökmən ağ olmalıydı.

O, iyulun 18-i 1892-ci ildəSan-Paulo şəhərinin Da Luş məhəlləsində dünyaya gələn bu "Alicənab"kollektivdə ilk və uzun müddət yeganə mulat olub və bununla bağlı olduqca kompleksli idi.

Onun olduqca qeyri-adi xarici görünüşü var idi və bu da futbolçunun "Yaşıl gözlü mulat"ləqəbində öz əksini tapmışdı. Bu cür uyğunluq həqiqətən nadir hal idi.

Frid futbolçu karyerasına təqribən 17 yaşında alman mühacirlərinin klubu olan "Almaniya"komandasında başlayıb. Mənşəyinə görə "sonuncu"olsa da, o meydanda birinci idi. Yüksək oyun keyfiyyəti onu meydanda olanlar arasında fərqləndirirdi.

Frid çıxış etdiyi klubların heyətində çoxlu sayda qol vururdu. O 26 illik karyerası ərzində "Amaniya"-dan sonra "Makkenzi", "İpiranqa", "Paysandu", "Paulistano", "San-Paulu", "Amerikano" (Hamısı San-Paulo klubları) və Riodan olan "Flamenqo" kimi komandaların şərəfini qoruyub. O 1000 qol göstəricisini 1929-cu ildə ötüb, 9 dəfə San-Paulo ştatı çempionatının bombardirlər müsabiqəsinin qalibi olub. 1925-ci ildə çıxdığı 10 oyunda 9 qələbə qazanan “Palmeyras”ın Avropa turnesinin qəhrəmanı olub. Yaşlı Oskar oğlunun oyunundan zövq alırdı və bu barədə dostlarına danışmaqdan qorulmurdu: "Mənim Arturumun ayaqları qızıl dəyərindədir!"

Fridenrayx 1914-cü ildə yeni yaradılan Braziliya yığma komandasına dəvət alır. Komandanın ilk rəqibi İngiltərənin Cənub liqasından olan "Ekster Siti" olur. Frid komandada mərkəz hücumçu qismidə çıxış edirdi. Futbolçunun "iki quru"ötürmə etdiyi bu matç ona "iki dişi"hesabına başa gəldi. Onun dişlərini futbolçuya qarşı kobud davranan müdafiəçi qırdı.

Braziliyanın mili komandaya qarşı oynadığı ilk matçda isə Frid və onun komanda yoldaşları 0-3 hesablı məğlubiyyətə uğradılar.

Onun komandanın heyətində ən gözəl oyunu və əfsanəvi qolu  29 may 1919-cü il tarixinə təsadüf edir. Həmin gün Laranjeyrasda – kübar ailələrin yaşadığı Rio məhəlləsindəki "Fluminense" stadionunda Braziliya və Uruqvay komandaları arasında Amerika kubokunun təkrar final oyunu keçirilirdi.

Final həqiqətən marafon xarakterli oldu. Komandalar ilk oyunlarını 26 may tarixində keçirdilər. 120 dəqiqə ərzində qalibi müəyyən etmək mümkün olmadı – 2-2. Bununla belə meydan sahibləri oyun ərzində 2-0 hesabı ilə məğlub duruma düşdülər. Komandalar təkrar oyunda da bərabər oyun sərgilədilər. Oyunda qol vurulmadı. Nə matçın əsas vaxtında, nə də ki, ona artırılan əlavə 30 dəqiqə ərzində. Oyun başa çatdı, lakin hesab əvvəlki kimi 0-0 qaldı.

Və bu oyunun 150-ci (!) dəqiqəsində (Ehtimal olunur ki, bu tarix ərzində oynanan ən uzun matç olub) Braziliya komandasının son nəfəsində hücum təşkil etdi: Neko sağ cinahdan üç rəqibini keçərək uzun ötürmə etdi. Topa yetişən Eytor qapıya zərbə endirdi, lakin uruqvaylıların qapıçısı Saporiti topu qaytardı, bu zaman ani bir vəziyyətdə onun qarşısında Fridenrayx peyda oldu və topu tora göndərdi.

Beləliklə Braziliya öz ilk tituluna yiyələndi. Fridin "qızıl"qolu vurduğu butsusunu isə elə oradaca çirkli vziyyətdə ayağından çıxartdılar və qiymətli zinət əşyalarının olduğu  prestijli zərgərlik mağazasının vitrininə qoydular. Onun ən yaxşı heykəltəraş tərəfindən gipsdən hazırlanan sağ ayağı, getrı və butsusu da eksponat kimi Ouvidar küçəsində yerləşən yerli muzeyə qoyuldu.

Bu möhtəşəm oyundan sonra uruqvaylı və argentinalı jurnalistlərin təqdimatından sonra Fridenrayxı "Amerikalıların sevimlisi"və "Pələng"adlandırmağa başladılar. İspan dilində – "El-Tigre"kimi tələffüz olunan sonuncu ləqəblərindən bri ona daha yaxşı yapışdı.

Bundan sonra Frid gözəl həyat tərzi yaşamağa başladı. O nəfis içkilər içir, ən bahalı "Pour la Noblesse" siqarları çəkir, səhərə qədər gecə klublarında olurdu. O həvəskar futbol oynadığı dövrlərdə (Peşəkar futbol Braziliyada 1933-cü ildə tətbiq edilib) bütün bunlar qadağan edilməmişdi.

Ruhən ağıllı insan olan Frid təcrübəli atlet kimi qaldı. Boyu 175 santimetr olan Fridin 52 kiloqram çəkisi var idi. Alman gücü və cəsurluğu (omüdafiəçilərdən, xüsusilə də Zeze Moreyrdan çox şey götürmüşdü) onda yüksək sənətkarlıq "colored"i yaratmışdı. Hesab olunur ki, məhz Fridenrayx ona qədər davam edən ingilis sxemini sıradan çıxararaq özünə məxsus Braziliya üslubu yaradıb. O oyuna imporvizəni gətirib, müasirlərinin arasında ən yaxşı driblinq və başla zərbəyə malik olub. O ayağının içi ilə deyil, üstü ilə oynamağa üstünlük verirdi.

Braziliyaya ilk beynəlxalq triumfu qazandırmalarına baxmayaraq 1919-cu ildə hakimiyyət komandada zənci, metis və mulatların oynamasna qadağa qoydu. Fridenrayx bu qadağanın aid olmadığı yeganə şəxs idi: o irqi qadağalardan yüksəkdə idi. Lakin yığma komanda o zaman az oyun keçirirdi və yığmada 42 yaşınadək oynamasına baxmayaraq Fridenrayxın  hesabında 17 oyun və 8 qol var idi.
 
Frid Braziliya yığmasının heyətində Uruqvayda 1930-cu ildə keçirilməli olacaq ilk Dünya çempionatında iştirak edə bilərdi. Lakin Braziliya İdman Federasiyasının daxilindəki münaqişəyə görə turnirə yalnız Karioka Liqasının (Rio-de-Janeyro) təmsilçiləri getdi. Artur isə Pulista Liqasında çıxış edirdi. Həmçinin 1930-cu ildə Fridin 38 yaşı tamam oldu.
 
"Sağ qalan" videolardan biri. 1925-ci ildə Braziliya yığması Parisdə Fransa ilə qarşılaşırdı. Oyun 2:7 Latın Amerika təmsilçilərin xeyirinə bitdi. Lakin burada bir "əmma" var. Bu oyunun statusu dəqiq bilinmir. Ola bilsin ki, bu Braziliya millisi yox, San-Paulo ştatın yığması idi. Frid bu oyunda üç qol vurub.
 
 
 
 
P.S.
Material hazırlanarkən, müxtəlif mənbələrdən istifadə olunub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.