2 oktyabr 2010 13:33
Milan Real`ın futbolçusunu nişana alıb
İtaliyanın "Milan" klubu Madridin "Real" komandasının yarımmüdafiəçisi ilə maraqlanır. Azerisport.az xəbər verir ki, söhbət Joze Mourinyo tərəfindən tənqidə tutulan Pedro Leondan gedir.
Oktyabrın 19-u bu komandalar Çempionlar Liqasının 3-cü turu çərçivəsində qarşılaşacaqlar. Və məhz bu zaman da futbolçu ilə bağlı danışığlar baş tuta bilər.
Qeyd edək ki, "Milan" ilk dəfə deyil ki Leonla maraqlanır. Pedro Leon yay mövsümündə "Real"-a Mourinyonun yox, klub rəhbərliyin istəyi ilə keçib.
Mənbə: Marca
